Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

Yanukoviçin tərəfdarları tutulur

Ukraynada Luhansk vilayətinin keçmiş qubernatoru Aleksandr Yefremov həbs edilib.

Baş prokuror Viktor Şokin bəyan edib ki, Yefremov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Yefremov keçmiş prezident Viktor Yanukovychin tərəfdarlarından biridir.

Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçandan sonra Yefremov onu və prezident administrasiyasındakı məsləhətçilərini ölkədəki qarışıqlıq salmaqda ittiham edən bəyanat vermişdi.

Bu ilin yanvarda isə, Ali Radadan olan deputat, Yefremovun Ukraynanın şərqindəki separatçılara maliyyə yardımı göstərməsi barədə iddiların araşdırılması barədə Baş prokurorluğa müraciət etmişdi./ans/
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber