Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

Lenin mavzoleyi bu gündən etibarən fəaliyyətini dayandırır

Qırmızı meydanda yerləşən Lenin mavzoleyi bu gündən etibarən fəaliyyətini müvəqqəti olaraq dayandırır. Mavzoley aprelin 16-da yenidən ziyarətçilərin istifadəsinə veriləcək.

"Dünya proletariatı lideri"nin sərdabəsində planlı profilaktik işlər aparılacaq.
Bundan əvvəl, yay aylarında Leninin meyiti ilə Ümumrusiya Dərman və Ətirli Bitkilər İnstitutu mütəxəssislərinin məşğul olacağı xəbər verilmişdi.
Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb. İlk mavzoley taxtadan olub, sonradan iki dəfə yeni mavzoley inşa olunub. Sonuncu mavzoley 1930-cu ildə memar Şusevin layihəsi əsasında tikilib.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber