Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

“Orta məktəbi qurtarıb, yazı yaza bilməyən adamlar var”



“Təhsilə cavabdeh məsul dövlət qurumları Azərbaycanda təhsilin keyfiyyət göstəricilərinin zəif olduğunu qəbul etməyənə qədər təhsildə ciddi dönüşə nail ola bilməyəcəyik”.

Bunu professor Şahlar Əsgərov TQDK sədri Məleykə Abbaszadənin özəl ali məktəblərə daxil olan tələbələrin bilik səviyyəsinin aşağı olmasına dair fikirlərini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, bunu dilə gətirmək yox, aradan qaldırılmasına çalışmaq lazımdır: “Mən Milli Məclisin Təhsil Komitəsinin sədri olan vaxtı da demişəm, indi də deyirəm, bu gün Azərbaycanda “papka məktəblər” var. “Papka məktəblər” nə deməkdir? Yəni bu məktəblərin adı var, özü yoxdur. Amma gəlin görək, həmin məktəblərdə təhsilin keyfiyyət göstəricilərini yüksəldə bilmişikmi? Əlbəttə ki, yox. Həmin məktəblər də yerində, oranın rəhbərləri də. Bu gün orta məktəbi qurtarıb, yazı yaza bilməyən adamlar var. Misal üçün birinin böyrəyində daş var. O, böyrəyində daş olduğunu qəbul etməyənə qədər həkimə getməyəcək. Eyni müqayisəni təhsil sahəsində də şamil etmək olmaz. Əgər bu gün Təhsil Nazirliyi, təhsilə cavabdeh məsul dövlət qurumları bu iqtiqamətdə ciddi nəticəyə nail ola bilmirsə, demək, təhsilin keyfiyyət göstəricilərinin artmasından danışmaq mənasızdır. Məleykə xanım ildə 10 dəfə oxşar bəyanatla çıxış edir. Amma gəlin görək vəziyyət düzəlirmi? Əlbəttə, yox. Hesab edirəm ki, problemin kökü Təhsil Nazirliyinin işini yaxşı qura bilməməsindədir”./editor/
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı