Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

Eldar Əzizov məhəllələri də satışa çıxardı

Sumqayıtın icra başçısı oturacaqları sökdürərək, dükan sahiblərinə satır

Sumqayıtın icra başçısı Eldar Əzizovun şəhərdə torpaq biznesi qurması və bunun üçün yaşıllıqları, parkları, habelə məhəllələri belə satışa çıxarması çoxdanın müzakirə mövzusudur. Lakin son günlər baş verən bəzi olaylar əhalidə haqlı narazılıqlar yaratmağa başlayıb.

Sumqayıtın icra başçısı məhəllələrdəki torpaq sahələrini də dükan sahiblərinə sataraq, bu yolla böyük qazanc əldə etməyə başlayıb. Həmin məhəllələrdəki oturacaqlar isə maneçilik törətdiyinə görə, sökdürülür. Onların boş qalmış yerləri isə yaxınlıqdakı dükanlara satdırılır

Şəhər sakinləri etiraz edərək bildirirlər ki, illərdən bəri həyətdə istirahət etmək üçün əyləşdikləri oturacaqların sökülməsi özbaşınalığın son həddidir. Onlar qeyd edirlər ki, əgər Sumqayıt İcra Hakimiyyəti hər hansı bir iş görmək istəyirsə, o zaman oturacaqları sökmək yox, məhəllə içlərini asfaltlaşdırsın./jam.az/
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP