Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Bakıda hərbçini maşın vurub

Bakıda hərbi qulluqçunu avtomobil vurub.

Qaradağ Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. “QAZel” markalı avtomobil yolu keçən piyada, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elnur Adışirin oğlu Cəfərovu vurub.

Piyada ağır bədən xəsarətləri ilə Baş Klinik Hərbi Hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
1885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber