Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

Gürcüstan və Ukrayna arasında diplomatik qalmaqal yaranıb

Ukraynanın Gürcüstandakı səfiri Vasil Tsıbenko Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Nazirlikdə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri rəhbəri təyin olunması ilə əlaqədar səfirdən izahat tələb olunub.

Gürcüstan XİN faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba da bu ölkənin müvafiq qurumlarından məsələ ilə əlaqədar izahat istəmək niyyətindədir.

Qeyd edək ki, fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri və özünün ştatdankənar müşaviri təyin olunması haqqında sərəncam imzalayıb./apa/
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu