Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

İraq ordusu kamikadzeləri məqsədə çatmamış belə partlatdı

İraqın Neynəva əyalətinin Başiqa adlanan bölgəsində ordu mövqelərinə hücum etmək istəyən üç kamikadze məqsədə çatmamış partladılıb.

Bu barədə İnterAz "əl-Aləm"-ə istinadla xəbər verir. Bildirilib ki, ötən gün axşam bu bölgədə gedən döyüşlərdə ümumilikdə onlarla terroçu məhv edilib.

Döyüşlər ölkənin digər əyalətlərində də davam edib. İraqın ən böyük su anbar əl-Əzimə hücumun qarşısı alınıb.

Əl-Ənbar əyalətinin əl-Bağdadi rayonunda döyüşlərin hələ də davam etdiyi deyilir. İraq ordusu "İŞİD"in bu bölgədən Eynul-Əsəd qərargahı istiqamətində hücumunun qarşısını alıb.

Qeyd edək ki, İraq ordusu ötən həftə bu hərbi qərargaha hücum etməkdə olan 10-dan çox kamikadzeni məqsədə çatmamış zərərsizləşdirə bilib.
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21