Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2015

Suriya ordusu Dəməşqdə terrorçuların qazdığı tuneli partladıb

Suriya ordusu Dəməşqin Cobar rayonu ərazisində hündürmərtəbəli “Bürc əl-Muallimin” binasının altında silahlılar tərəfindən qazılan və istifadə edilən tuneli aşkarlayaraq partladıb.

İnterAz-ın "əl-Aləm"-ə istinadla verdiyi xəbərə görə, burada ən azı 10 silahlı ölüb və onlarla silahlı isə tuneldə qalıb.

Döyüşlər və qarşıdurmalar ölkənin digər əyalətlərində də davam edib.

Suriya ordusunun Dəra və Qunaytara əyalətində quru və havadan əməliyyatları bu gündə davam edib.

Hələb, Həsəka və Dəməşqətrafı əyalətlər də qarşıdurmaların şahidi olub.
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber