Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Bədr hərəkatı İŞİD əleyhinə müharibənin önündədir

Washington Post qəzeti yazıb: Amerika İraqda İran qarşısında öz nüfuzunu itirməkdən narahatdır.

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Washington Post qəzeti İraqda təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinə (İŞİD) qarşı mübarizə aparan qruplar barədə hesabat hazırlayıb. Hesabatda deyilir: Son zamanlar İraqın Diyala əyalətində İŞİD əleyhinə hücumlar Bədr hərəkatının rəhbərliyi altında həyata keçirilir. Bu hücum sözügedən hərəkatın İraqda real hərbi gücə çevrildiyini göstərir.

Hesabatda İranın roluna da işarə edilir: Bu hərəkatın əldə etdiyi uğurların təbliğat və təşviqat tablolarında Ayətullah Xomeyni və Ayətullah Xaməneinin fotoları yer alır. Vaşinqtonun Yaxın Şərq üzrə siyasəti müəssisəsinin üzvü Maykl Nayts bu barədə deyib: Əgər İŞİD təkfirçilərinə qarşı mübarizə hazırkı gedişatla davam etsı, Amerikanın sonda İŞİD-i məğlub etməsi, lakin bu prosesdə İranın nüfuzu qarşısında İraqı itirməsi təhlükəsi mövcuddur.

Amerikalı komandanlar hazırda İŞİD-lə mübarizə aparmaq və Mosulu geri almaq üçün İraqa quru qüvvələri göndərmək məsələsini müzakirə edirlər.Lakin Bədr hərəkatının sözçüsü və hərbi komandiri Kərim ən-Nuri bildirir ki, Mosulu geri almaq üçün Amerikanın quru qüvvələrinə ehtiyac yoxdur. Təklikdə İŞİD-i məhv edə bilərik.

Bu halda, müxtəlif hesabatlara əsasən Amerikanın İŞİD-lə mübarizədə İraqa yardımı çox gec oldu. Yaraqlıların İraqın paytaxtına doğru hücumundan iki ay sonra ABŞ İraqa yardım etmək fikrinə düşdü.

Hesabatda iranlı komandirlərin İraqda Bədr hərəkatı kimi İŞİD-lə mübarizə aparan qruplara yardımı barədə roluna da yer verilib: İran qüvvələrinin yüksək çinli komandanı Qasim Süleymani İraqda həmişə ön xəttdə olur.

Hesabatda bildirilir ki, Bədr hərəkatının yeni komandanı Hadi əl-Əmiri İŞİD əleyhinə müharibənin komandanlığını birbaşa öz öhdəsinə götürmüşdür. O deyib: Bizim hərəkatımız hətta Mosula hücum zamanı da Amerika yardımından faydalanmaq istəmir.

O qətiyyətlə bildirib: Əgər Amerika hazırda öz hava hücumlarını davam etdirmək istəyirsə, bizim bir problemimiz yoxdur. Lakin bizim meydanda olduğumuz zaman hücum etməməlidir. Biz istəmirik ki, tarix belə yazsın: Biz Amerikanın dəstəyilə (İŞİD-ə qarşı) bir hücum həyata keçirdik!
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi