Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Yarım milyondan çox insan susuz qaldı

Ukraynanın cənub-şərqində döyüş əməliyyatları nəticəsində 550 mindən çox insan içməli susuz qalıb.

UNN agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin hesabatında bildirilir.

Su çatışmazlığından ən çox Avdeyvka, Debaltsevo, Dzerjinsk, Novotroyitsk, Krasnoqorovka və Krasnoarmeysk yaşayış məntəqələri əziyyət çəkir.

Qeyd edək ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesablamalarına görə, 2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində silahlı qarşıdurma nəticəsində 5 600 nəfərdən çox insan həyatını itirib.
1339 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP