Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Ebola virusuna yoluxanların sayı 23 mini keçdi

Fevralın 13-dən Qərbi Afrikada Ebola virusundan 100 nəfər ölüb, xəstəliyə 183 nəfər yoluxub.

TASS-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Liberiyada ölənlərin sayı 3 900-ə, ölümcül virusa yoluxanların sayı isə 9 007-yə çatıb. Xəstəliyə ən çox yoluxma halları Syerra-Leonedə qeydə alınıb – 11 074 nəfər, 3 401 nəfər ölüb. Qərbi Afrikanın digər ölkəsi Qvineyada 3 101 nəfər xəstəliyə yoluxub, 2 052 nəfər ölüb.

Bu üç ölkədən başqa təhlükəli virus daha 6 ölkədə - Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da qeydə alınıb./apa/
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...