Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

İŞİD-in “paytaxtı”nın müəyyən hissəsi süqut edib!

Kürdlərin vasitəsilə artıq İŞİD-in “paytaxtı”nın müəyyən hissəsi süqut edib!

Nur-az.com-un mashregnews.ir-a istinadən:
Suriyadan əldə edilən son məlumata görə, kürdlərdən ibarət qüvvələr əl-Riqqə vilayətində İŞİD-in terrorist qrupları ilə apardığı şiddətli döyüşlərdən sonra onların 35 nəfərini qətlə yetirərək son dərəcə strateji əhəmiyyət daşıyan “Bəğdək” massivini ələ keçiriblər. Əl-Riqqə vilayəti, demək olar, İŞİD-in Suriya və İraq üzrə mərkəzi qərargahı, bir növ “xilafət paytaxtı” sayılır. Bu hadisə indiyə qədər kürdlər tərəfindən həyata keçən ən əhəmiyyətli əməliyyatlardan biridir.

Suriyanın İnsan Hüquqları Komitəsi tərəfindən yayılan məlumata görə, kürdlər hava qüvvələrinin himayəsi altında Hələb vilayətində, o cümlədən, Kubani boyunca İŞİD-in mövqelərinə güclü zərbələr endirib. Hal-hazırda Kubaninin özü və 163 kəndindən ibarət ətraf bölgələri kürdlərlə bərabər yerli camaatın tam ixtiyarındadır və həmin ərazilərdən terrorist ünsürlər tamamilə təmizlənib.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07
Suriya rəsmisi