Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Terrorçu qruplaşma üzvləri 120 nəfəri girov götürüb

İŞİD terror qruplaşması İraq kəndlərindən birinə hücum edib.

İŞİD terror qruplaşması paytaxt Bağdadın Səlahəddin vilayətinə bağlı Tiqrit rayonunda 120 nəfəri qaçırıb. Bu barədə Səlahəddin vilayəti məclis sözçüsü Mərvan Naci “Anadolu” xəbər agentliyinə açıqlamasında bildirib.

Açıqlamada bildirilir ki, İŞİD yaraqlılarının Tiqridin şərqindəki Rubeyda kəndinə etdiyi hücumda Əl-Abid və Əl-Məsarə qəbilələrindən olan 120 nəfəri girov götürüb.

İraq hökuməti qüvvələrini qaçırılan dinc sakinlərin İŞİD terror qruplaşmasından xilas edilməsi üçün hərəkət etməyə çağıran Naci, yaraqlıların bundan əvvəl Əl-Cuburi, Əlbu Nəmr və Əlbu Fahd qəbilələrinə qarşı etdiyi qətliamın bənzərini yaşamaqdan narahat olduğunu bildirib.

Qeyd edək ki, ötən ilin iyun ayından İraqda qətliamlar həyata keçirərək bir sıra ərazilərin zəbt edən İŞİD yaraqlıları ilə mübarizə hələ də davam edir./ans/
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat