Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Bakının ölümlə üz-üzə qalan sakinləri (VİDEO)

Paytaxtın bəzi ərazilərində sürüşmə müəyyən vaxtlarda qabarıq bir şəkildə özünü biruzə verir. Bu dəfə Bayılda sürüşmə aktivləşib. 6 məcburi köçkün ailəsi təhlükə ilə üz-üzə qalıb.

Buxta küçəsi 212 ünvanında yerləşən köhnə ATS binasında məskunlaşmış 6 məcburi köçkün ailəsi bir neçə gündür sığındıqları evlərində də yaşaya bilmirlər. Yağan yağışlar ərazidə sürüşməni aktivləşdirib. Birmətəbəli binanın arxasındakı istinad divarları qabağa gəlib. Hətta divarlar o qədər aralanıb ki, hər an uçub tökülə bilər. Bəzi yerərdə isə qabağa gəlmiş divarlar mənzillərin divarına söykənərək dayanıb. Hər an ölüm təhlükəsilə üz-üzə qalan sakinlər qorxudan evlərinə girə bilmirlər. Əslində mənzillərdəki vəziyyət də elə ürəkaçan deyil panellər aralandığından yağan yağış evə tökülür.

“Axşam ancaq növbə ilə evin zalında durmuşuq. Biz nə edə bilərik. Körpə uşağın birini qonşu aparıb evində saxladı. Təhlükəsiz bir yer istəyirik”, – deyə sakin Marks Quliyev bildirib.

Qeyd edək ki, son bir ayda ərazidə bir neçə dəfə sürüşmə baş verib. Sakinlər bununla bağlı aidiyyati qurumlara da müraciət ediblər. Səbail Rayon İcra Hakimiyyətindən ailələrin təcili köçürülməsilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət olunduğu bildirilib. Qurumdan isə bildiriblər ki, hazırda komitənini balansında hər hansı mənzil olmadığından ailələrin köçürülməsi mümkün deyil. Amma vəziyyətlə bağlı müzakirə aparılır. 

Bu müzakirələrin hansı nəticə verəcəyini zaman göstərəcək. Ümid edək ki, o nəticələr hər hansı bir bədbəxt hadisə baş verməmiş olar. Çünki, sürüşmədən evlərin üstünə aşa biləcək bu divarların nə qədər tab gətirəcəyinə heç kim zəmanət verə bilməz./ans/


976 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat