Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Hər gecə Bakıya giriş niyə bağlanır? (VİDEO)

Bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsi “Xırdalan postu” kimi tanınan Ekologiya Postunda əməliyyat keçirir. 

ANS PRESS xəbər verir ki, hadisə şahidlərinin avtolent.az-a verdiyi məlumata görə, əməliyyatlar əsasən gecə saat 00.00-dan sonra başlayır və bir neçə saat davam edir. Əməliyyat zamanı Bakı şəhərinə daxil olan bütün avtomobillər bir-bir yoxlanılır. Bunun nəticəsində paytaxtın girişində böyük tıxac müşahidə edilir.

Yoxlamaların hansı məqsədlə aparıldığı isə açıqlanmır.

Baş Dövlət Yol Polisi İdarəsindən Ekologiya Postunda həyata keçirilən əməliyyat barədə şərh vermək istəməyiblər.

Hadisə şahidləri əməliyyat zamanı çəkilmiş video görüntüləri də təqdim ediblər:

862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP