Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Bakıda jurnalist qanına qəltan edildi

"Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov Bakının "Qara Qarayev” metrosunun yaxınlığında tanımadığı şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Bu barədə E.Həsənov facebook səhifəsində status paylaşıb.

E.Həsənov yazır: "Bakının “Qara Qarayev” metrosunun yaxınlığında siyasi fealiyyətimə görə tanımadığım şəxslər tərəfindən vəhşicəsinə döyülmüsəm. Onlar məni vurararkən AXCP sədri Əli bəyi küçə sözləri ilə təhqir edərək agıllı olmagımı deyərək məni qorxutmağa calısdılar.
Bununla baglı DIN-in 102 xidmətinə zəng etdim. Bir saatdan sonra məni polis patrul maşını ilə Nizami Rayon 25-ci Polis Bölməsinə aparıldım. Orda Cəfər Cəfərov adlı şəxs mənim haqqımda polisə izahatında deyib ki, guya mən kəsici və deşici alətlə onun başından vurub kurtkasını cırmışam. Yeinidən polisə çağrıldım. Yəqin ki, bu hadisəni polislər həmin şəxsin xeyrinə dəyişib məni həbs edəcəklər".

Qeyd edək ki, E.Həsənov Sumqayıt sakinidir, eyni zamanda siyasi fəaldır.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08
Suriya ordusu