Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Bakı DYP-dən daha bir əndrəbadi qərar

Malik Hacıyevin avtomobili yoxdur, ümumiyyətlə, yeriyə bilmir, amma onu sürət həddini aşmada ittiham edərək məhkəməyə veriblər 

Bakı şəhər sakini Hacıyev Malik Əliağa oğlu qəribə vəziyyətlə üzləşib. Belə ki, ona məktub gəlib ki, bəs, şəxsi avtomobili ilə sürət həddini aşıb və buna görə cərimə olunub. Üstəlik, polis onun maşınını harada görərsə, dayandıraraq, cərimə meydançasına aparacaq.

Malik Hacıyev bildirir ki, bu, 2014-cü ildən bəri DYP-dən aldıqları 4-cü məktubdur. «Bizim heç vaxt “Wolsvagen-Passat” maşını olmayıb. Belə avtomabil tərəfimizdən digər şəxsin sahibliyinə və istifadəsinədə verilməyib. Ürək infakti və beyninə qanın çətin işləməsi diaqnozundan sonra, daha sükan arxasına otura bilmirəm. Adicə evdə gəzəndə belə ayaqlarımın altında boşluq olduğunu atacağımı hiss edirəm. Həkimlər beynə qanın normal işləməməsini bildirillər. Evdən qırağa ancaq uşaqların köməkliyi ilə həkim müayinəsinə, ya da xəstəxanaya gedirəm”.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Hacıyev Malik Əliağa oğluna ünvanlanan məktublarda ona məxsus 90 GZ 620 dövlət nömrə nişanlı “Wolsvagen -Passat” markalı maşınla dəfələrlə sürət həddini aşma, Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının 50-ci maddəsinin pozma halları, İnzibati Xətalar maddəsinin 151-1.2-ci maddəsinə əsasən cərimələnmə faktları var. Bu cərimələrin üzərinə hər gün ümümi məbləğın iki faizi qədər dəbbə gəlməsi vəziyyəti dahada çətinləşdirir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi cərimənin artması ilə ələqdar maşına dayandırılması əmri verib. Cərimələrin Hacıyev Malikdən tutulması üçün işi Binəqədi məhkəməsinə göndərib.

Məsələ ilə əlaqədar açıqlama verən Bakı Şəhər Yol Polisi İdarəsindən bilidiriblər ki, 90 GZ 620 dövlət nömrə nişanlı avtomobilin sahibi yol hərəkəti qaydalarının pozması halları radarlarda qeydə alınmış məlumatlara əsasə müəyyən edilib. «Maşının sahibi Hacıyev Malik Əlağa oğlu maşının ona məxsus olmadığını bilidrmişdir və cərimələri ödəməkdən imtina etdiyi üçün iş məhkəmədə göndərilmişdir. Bundan sonra Malik Hacıyev haqqında məhkəmə qərar verəcəkdir , məhkəmənin qərarın gözləmək lazımdır»./jam.az/

Qeyd edək ki, Malik Hacıyev, Milli Şuranın üzvü Cəmil Hacıyevin atasıdır. 

927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54