Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

"Qərbdəki müsəlmanlarla müqayisədə İrandakı xristianlar tam təhlükəsizdirlər"

“Qərb dünyasında müsəlmanların lazımi təhlükəsizliyi təmin olunmur. Qərbdə müsəlman qadınlarına hicaba görə zorakılıq edilir və səbəbkarlar ədalətli şəkildə cəzalandırılmır. Bütün bunları İrandakı xristianların vəziyyəti ilə müqayisə edin. İranda xristianların təhlükəsizlik durumu barədə dünyaya danışın ki bilsinlər.”

İnterAz-ın "Fars" agentliyinə istinadla vediyi xəbərə görə, bunu Ali Dini Lier Ayətullah Əli Xamenei ölkədə olan dini azlıqların nümayəndələrini qəbul edərkən deyib.

O, ötən gün Tehranda dini azlıqların nümayəndələri qarşısınıdakı çıxışında qərb dünyasında müsəlmanların təhlükəsizlik durumu ilə İrandakı xristianların təhlükəsizlik durumunu təfərrüatlı şəkildə müqayisə edib və qonaqlardan bu məsələnin digər qaynaqlara deyilməsini və çatdırılmasını istəyib.

“Qərbdə müsəlman qadına qarşı hicabına görə zorakılıq edilir. Səbəbkarlar təqib edilmir və ya ədalətli şəkildə cəzalandırılmır. Amma İranda indiyə qədər bir müsəlmanın bir xristiana dininə görə təcavüz və zorakılıq etməsini görməmisiniz. Hətta, İranda qatı dindar bir fərd belə bunu özünə icazə vermir.”
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber