Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Qanı duruldan təbii vasitələr

Qanın tərkibi, qatılığı və s. göstəriciləri insanın sağlamlığana böyük təsir edir.

Bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, susuzlaşma, travmalar, bəzi qara ciyər, qan xəstəlikləri və s.) qanın qatılığı normal göstəricilərdən artıq olur. Bu təhlükəli haldır. Qatı qan ürək üçün ziyanlıdır, damarlarda trombların əmələ gəlməsinin riskini artırır, infarkt, insult, varikoz xəstəliyi, tromboflebit kimi xəstəliklərin inkişafına təkan verə bilər.
Qanın qatılığının artması özünü bu kimi simptomlarla büruzə verə bilər: tez-tez təkrarlanan baş ağrıları, "səbəbsiz" yorğunluq, yaddaşın pisləşməsi, yuxululuq.
Bəzən isə bu heç bir əlamətlə ifadə olunmur və yalnız qan analizi zamanı aşkar olunur.
Pozulmanın səbəbindən asılı olaraq həkim xəstəyə müalicə təyin edir. Müalicədən əlavə bəzi qanı durulaşdıran xalq təbabəti üsullarından da istifadə etmək olar.
Bu vasitələrin arasında:
- 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı dazı otu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və süzülür. Dəmləməni gün ərzində içmək lazımdır. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə etmək lazımdır.
- Adaçayı da qanı duruldur. 1 xörək qaşığı adaçayı 1 stəkan qaynar suda dəmləyin və gün ərzində için.
- Portağal şirəsi çox yaxşı qan duruldan vasitədir. Hər gün 100-150 ml portağal şirəsini için.
- Moruq (təzə moruq, moruq kompotu, mürəbbəsi və s.) qanı çox yaxşı duruldur.
- Sarımsaq qanı çox yaxşı təmizləyir və duruldur. Sarımsaqdan bu kimi effektli təbii dərman hazırlamaq olar: 250 qr sarımsaq blenderdə əzilir, üzərinə 1 stəkan duru bal əlavə olunur, yaxşı qarışdırılır və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlanılır (soyuducuda yox!). Daha sonra dərmanı səhər yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.
- Zəncəfil və darçın qanın tərkibinə çox müsbət təsir edir, qanı duruldur. 4-5 sm uzunluğunda təzə zəncəfil kökü blenderdə xırdalanır, 1 çay qaşığı yaşıl çay və 1 cimdik darçın əlavə olunur və üzərinə 1/2 l qaynar su tökülür. Çay 1 saat ərzində termosda dəmlənilir, sonra süzülür, 1/2 limonun şirəsi və 1 xörək qaşığı bal əlavə olunur və gün ərzində çay kimi içilir.
- Şabalıd və xüsusilə onun qabıqları çox təsirli vasitədir. 50 qr şabalıd qabıqların üzərinə 1/2 l araq əlavə olunur və 2 həftə ərzində qaranlıq yerdə saxlanılır. Daha sonra məhlul yaxşı süzülür. Alınmış dərmanın 30 damcısını hər gün yeməkdən əvvəl 1/4 stəkan təmiz suya əlavə edin və için. Müalicə kursu - 3 həftə.
İstənilən bitki və digər təbii müalicəvi vasitələrindən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin./Saglamolun/
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01