Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Binəqədidə 1000 ev sökülməlidir

"Məhkəmə qərar verdi: Binəqədidə 1000 ev sökülməlidir". Ötən həftə "Lamiyə işi" ilə bağlı çıxan son xəbərlər demək olar ki, bu xəbəri diqqətdən kənarda qoydu. Lakin mövzunun üzərində getdikdə məlum olur ki, Avropa Olimpiya oyunlarından həm əvvəl, həm də sonra gündəm mövzularından biri ev söküntüləri olacaq.

Bakıda 2 min evin söküntü müəmması: sakinlər təlaş içərisində gözləyir - REPORTAJ

Beləliklə, xəbərdə qeyd olunur ki, Binəqədi rayonunda Neft Şirkətinin (ARDNŞ-yə bağlı Binəqədi Oyl, - Ə.Ə) ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarı var. Rəsmi saytların xəbərinə görə, bu barədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov fevralın 12-də  rayonun 2014-cü ilin yekunlarına həsr edilmiş yığıncaqda bildirib. İcra başçısı qeyd edib ki, sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib. O da qeyd edilir ki, Binəqədi rayonunun ərazisinin 51 faizi ARDNŞ-in balansındadır.

Binəqədi Rayon İcra Hakimiyyəti: Əslində belə evlərin sayı 2000-ə qədərdir

Bakıda 2 min evin söküntü müəmması: sakinlər təlaş içərisində gözləyir - REPORTAJ

Elə bu xəbərin izi ilk olaraq RİH-ə yollanırıq. İH-də evlərin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirildi. Bizimlə söhbətində Binəqədi RİH-nin ictimai-siyasi  humanitarməsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirdi ki, xəbər yanlış yayılıb. "Biz bundan xəbər tutan kimi dərhal təkzib verdik. Məsələ belədir ki, “Binəqədi Oyl” şirkəti rayonda ona məxsus ərazilərdə tikilmiş evlərin sökülməsi ilə bağlı məhkəməyə müraciət edib.  Məhkəmə də müsbət qərar çıxarıb. Amma bu o demək deyil ki, həmin evlərdə yaşayan vətəndaşlar dərhal və təminatsız çıxarılacaq. Əvvəlcə, həmin evlərin sahiblərinə arzulayana kompensasiya, kompensasiya istəməyənlərə isə köçürülməsi üçün evlər təklif olunacaq. Daha sonra burada yaşayanlar əraziləri boşaltdıqdan sonra həmin evlər söküləcək". "Belə evlərin sayı nə qədərdir? Məhkəmə qərarından başqa daha neçə belə ev var?" sualımızı isə İcra Hakimiyyəti rəsmisi belə cavablandırdı: "Ümumilikdə 2000-ə  yaxın evlə bağlı belə bir durum var. Amma hazırda onlardan yalnız 1000-dən çoxu barəsində məhkəmə qərarı var. Bu evlərin dəqiq sayını və yerləşdiyi əraziləri daha dəqiq Neft Şirkəti bilir."

 Bəzi evlər “Böyük Şor Mühafizə Zolağı” layihəsinə görə söküləcək

Bakıda 2 min evin söküntü müəmması: sakinlər təlaş içərisində gözləyir - REPORTAJ

Xəbərdə adı hallanan qanunsuz evlər mövzusu birmənalı deyil. Belə ki, sökülməsi iddia edilən ərazilərdə həm sənədli, həm də sənədsiz evlər vardır. Sənədli evlərdən birinin sakini, əsas sökünütlərin gedəcəyi bildirilən 3-cü Mədən 145-ci Korpusunun sakini Hidayət Bayramov deyir ki, özü şəxsən yaşadığı ərazinin yaxın zaman üçün planını görüb. "O gün 3-4 nəfər gəlmişdilər. Mən özüm xəritəni gördüm. Xəritəyə əsasən mənim evimdən 2 ev sonradan plana düşür (söküləcək, - Ə.Ə). Mən soruşdum ki, nə məsələdir, dedilər ki, Böyük Şor Mühafizə Zolağı adlı layihədir (Söhbət Koroğlu metro stansiyası yaxınlığında yeni tikilən Olimpiya Stadionu və onun çevrəsinə daxil olan ərazilərdən gedir. Dərnəgül və Dərnəgül yolu da bu plana daxildir, - Ə.Ə). Mən soruşdum ki, bəs evləri sökülənlərə pul-vəsait veriləcək. Onlar heç nə demədilər. Bu barədə məlumatsız idilər. Amma Böyük Şorda evlərindən çıxarılanlara kompensasiyalar verilib. Eşitdiyimə görə orada hər kvadratmetrəyə görə 1.100 manatdan verilib. Burada isə hələ ki, kompensasiya ilə bağlı heç nə deyilmir. Burada yaşayanların özlərinin bunlardan heç xəbəri yoxdur".

Sənədsiz evlərə niyə sənəd verilmir?

Bakıda 2 min evin söküntü müəmması: sakinlər təlaş içərisində gözləyir - REPORTAJ

Sənədsiz evlərdən birinin sakini, daha az söküntüyə məruz qalacaq 2-ci Mədənin sakini Fərəcova Könül isə buradakı evlərin sənədsiz qalmasını belə açıqlayır: "Bir ara bizi JEK-dən narahat edirdilər ki, siz bu evləri zəbt edib yaşayırsınız. Əsasları da bu idi ki, heç bir sənədiniz yoxdur, qeyri-qanuni yaşayırsınız. Sakinlər də bildirir ki, biz necə qeyri-qanuni yaşaya bilərik ki, burada 15 il, 10 il, 5 il yaşayanlar var. Hamısı da kommunal xərcləri ödəyir, əllərində qəbzləri var. Qanuna əsasən, 5 il bir yerdə yaşayırsansa, artıq sən həmin ərazidə yaşayış qeydiyyatına alınmalısan. Bu söhbətlər çıxandan korpusun sakinləri ilə getdik bələdiyyəyə. Dedilər ki, pulunuzu verin, qeydiyyata düşün. Sonra yenə yığışıb RİH-ə getdik ki, bizi necə evsiz qoya bilərlər, axı bu qanuna ziddir. RİH-də heç bizi qapıdan içəri buraxmadılar. Bizi nə eşidən, nə də qulaq asan olmadı. İndi də belə bir xəbər var ki, 1000-dən artıq ev sökülməlidir. Gözləyirik, görək bu işin axırı necə olacaq".  "Bəs nə deyib qeydiyyata almırlar?" sualını Binəqədi sakini belə cavablandırıb: "Gah deyirlər ki, bu ərazi özü qeydiyyatda deyil. Gah deyirlər ki, prezident sərəncam verməyib. Hələlik vəziyyət belədir, hamı narahatlıq içində gözləyir".

Ümumi müşahidələr göstərdi ki, sakinlər özləri hazırda RİH-nin məlum açıqlamalarından xəbərsizdirlər. Binəqədinın Sumqayıt istiqamətindəki Gülüstan küçəsində yaşayan Vaqif Mirzəyev də deyir ki, onların da yaşadığı əraziyə tanımadığı şəxslər gəlib və bir sıra ölçü işləri aparıblar. "Əsasən yolla bağlı çəkilişlər ediblər. Biz tərəfdən yol enlədilməlidir və Sumqayıta qədər yol olacaq. Hələ ki, rəsmi bir rəqəm deməyiblər. Amma qeyri-rəsmi icradan demişdilər ki, 1500-dən verəcəklər. Çəkilişdən sonra hələ ki, gəlib-gedən və ya evlərlə bağlı gəlib nəsə deyən hələ ki,  yoxdur".

“Binəqədi Oyl”da isə bütün bunlardan “xəbərsiz”dirlər

Bakıda 2 min evin söküntü müəmması: sakinlər təlaş içərisində gözləyir - REPORTAJ

Maraqlıdır ki, neft şirkətindən bu barədə danışmaq istəmirlər. Şirkətin aidiyyəti qurumu(hüquq şöbəsi) belə bir məhkəmə iddiasından və sözügedən məhkəmə qərarlarından xəbərsiz olduğunu bildirdilər. “Binəqədi Oyl”un hüquq şöbəsindən adını açıqlamayan hüquqşünasıbildirdi ki, şirkətin bu iddiandan xəbərsizdir."Mənim belə bir iddiadan xəbərim yoxdur. Bu barədə bizdə belə bir məlumat yoxdur. Binəqədi RİH başçısının açıqlamasından da məlumatsızam". "Yəni şirkət 1000-dən artıq evlə bağlı məhkəməyə müraciət etməyib?" sualımızın cavabında isə şirkətin hüquqşünası bildirdi: "Ola bilər belə bir müraciət edilib, biz bu barədə məlumatısızıq". Şirkət məsulu sonda onu da bildirdi ki, bu barədə aidiyyəti quruma müaricət edilsə, daha yaxşı olur. Aidiyyatı qurum kimi isə şirkətin hüquqşünası tikinti şöbəsinə müraciət etməyi tövsiyə edir. Cavablarını əvvəlcədən də bilsək, yenə də suallarımızı tövsiyəyə müvafiq olaraq tikinti şöbəsinə ünvanlayırıq. Şöbə müdiri Zeynalov Əhməd bizi səbrlə dinləyib bunları bildirir: "Mən onu deyə bilmərəm ki, kim haranı sökəcək, harada nə tikəcək. Bunu ancaq hüquq şöbəsi bilir və bununla bağlı sənədləri onlar yazıb məhkəməyə verirlər, bu işlə onlar məşğuldurlar. Bizim şöbədən şirkətə məxsus ərazilərdə evlərlə bağlı hər hansı müraciət olmayıb. Ümumiyyətlə şirkətdə söküntü işləri ilə Mühafizə İdarəsi və Hüquq şöbəsi məşğuldur və bununla onlar məşğuldurlar. Biz ancaq şirkət ərazilərinə məxsus yerlərdə xırda tikinti işlərinə baxırıq"./Deyerler/

1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber