Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

60 Ukrayna əsgəri öldürüldü

Ukraynanın şərqində rəsmi olaraq atəşkəs rejiminin başlanmasına rəğmən döyüşlər səngimir.

Ukraynada atəşkəs rejiminin 2 gün əvvəl rəsmən başlanmasına rəğmən Kiyev ordusu ilə üsyançılar arasında döyüşlər səngimir. Dünən Ukrayna ordusunun üsyançıların əlindəki Longvinovo və Debaltseve ərzilərinə bombalamağa başlaması ilə vəziyyət yenidən gərginləşib. Üsyançıların bu hücumlara cavab verməsi ilə 60-dan çox Ukrayna əsgəri öldürülüb.

"Ukrayna ordusu top atəşini dayandırmadı. Nəticədə biz də ağır artilleriya ilə hücuma keçdik və 60-dan çox Ukrayna əsgəri öldürüldü. Kiyev ordusu 7 piyada daşıyıcısını, 2 tankını və 5 artilleriya sistemini itirdi. Üsyançılardan isə 2 nəfər həyatını itirdi, 21 nəfər isə yaralandı.” – deyə üsyançıların liderlərindən E.Basurin bəyan edib.

Dünən eyni zamanda Donetsk hava limanına hücuma keçən Kiyev ordusunun bütün həmlələrinin qarşısı alınıb. Üsyançıların Minsk danışıqlarındakı təmsilçilərindən biri Denis Puşilin 30 jurnalist ilə hava limanına gedərək Kiyevin Minsk razılaşmalarını necə kobud şəkildə pozaraq ağır silahlarını döyüş zonasından çəkmədiyini bildirib və Almaniya ilə Fransa liderlərini Donetsk hava limanında gedən döyüşlərə nəzər yetirməyə çağırıb.
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı