Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Dəhşətli terror: 78 nəfər parçalandı

İraqda törədilən terror aktları seriyasında ölənlərin sayı 78-ə çatıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli hakimiyyətə istinadla Press TV məlumat yayıb.

Ən qanlı partlayış Bağdadın şimalında olub. Terroristlərin hədəfi yerli ziyarətgaha gedənlər olublar. 52 adam, o cümlədən 4 polis bu hücumun qurbanı olublar, 70-dən çox adam isə yaralanıb.

Bununla eyni zamanda Bağdaddan 80 km şimalda yerləşən Balad şəhərində kafe partladılıb. Ən azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

Şənbə günü həmçinin İraqın "Əl-Şərqiyyə" telekanalının iki jurnalisti güllələnib. Hadisə Mosulda baş verib.

Digər yaşayış məntəqələrində törədilən partlayışlarda onadək adam ölüb.

İraq DİN bildirib ki, terrorçular Yaxın Şərqi xaosa qərq etmək üçün açıq-aşkar müharibəyə keçiblər.

İraqdakı gərginliyin səbəbi iki iri müsəlman icmasının - sünnülərlə şiələrin qarşıdurmasıdır
1679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı