Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Radikallar 160 yaşlı palıda da rəhm etməyiblər

Suriyada DAİŞ qruplaşması 160 yaşlı palıdı şirkə səbəb olduğuna görə kəsiblər

Suriyada DAİŞ qruplaşması 160 yaşlı palıdı şirkə səbəb olduğuna görə kəsiblər.

İnterAz-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun saytına istinadla verdiyi xəbərə görə, radikal “İraq və Şamda İslam Dövləti” (DAİŞ) qruplaşması İdlib əyalətində Türkiyə sərhəddi yaxınlığında Ətma şəhərini ələ keçirdikdən sonra, bölgədə 160 yaşlı qoca palıdı kəsiblər.

Yerli fəallardan biri ağlayaraq adıçəkilən mənbəyə bildirib: “Bu 160 yaşlı palıd bölgənin tarixi idi. Türkiyəyə gedib-gələndə həmişə onun kölgəsində otururduq. DAİŞ iddiasına görə, guya bu ağacın insanların Allahdan qeyrisinə ibadət etməsinə səbəb olması, tamamilə yanlışdır. Bu palıdın yaxınlığında bir məzar var, camaat o məzarı ziyarət etməyə gəlirlər, palıdı deyil”
1852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber