Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

Google-un yeni alternativi

İran rəsmən Yooz adlı axtarış sistemi yaradıb.

İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bildirib ki, milli axtarış sistemi Google-a alternatividir və burada fars dilində 1 milyard sayta qədər emal etmək mümkün olacaq. Yooz fars dilindən tərcümədə Hepard deməkdir.

Yooz üzrə kurator Mehdi Naqavi deyib ki, İran istifadəçiləri Google-a gündə 25 milyon dəfə müraciət edirlər. Amma İranın yeni layihəsi bundan xilas olmağa və kibersahədə istifadəçilərin təhlükəsizliyini təmin etməyə kömək göstərəcək.

İran axtarış sisteminə www.yooz.ir yazmaqla girmək mümkündür. International Business Timesin bildirdiyi kimi, Yooz mövcud qərb axtarış sistemlərindən - Google, Yahoo və ya Bing - daha çox sürətli və təhlükəsizdir.

Tehranda ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Yooz axtarış sisteminin təqdimatı keçirilib.
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02