Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2015

“Sovetski“ yenidən qarışır - “Üstümə bir ordu adam göndəriblər“

“Sovetski” sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında yenidən problemlər başlayıb.

Evlərin söküntüsü ilə bağlı məsələ o qədər qəlizləşib ki, qurumun nümayəndələri təhqirə də əl atıblar.

Buna səbəb 15 kvadrametr sahəsi olan evdə yaşayan Yaqut Qafarovanın köçməyə etiraz etməsidir. Y.Qafarova Nəriman Nərimanov 64 ünvanında yaşayır və divar qonşusu evini satıb, köçüb. Yasamal Rayon İcra Hakimiyyəti satılmış evdə söküntü işləri apardıqlarından, bu, Qafarovanın da evini qəzalı vəziyyətə salır:
“Evim onsuz da qəzalı vəziyyətdədir, traktorlar da qonşu evi sökür, zədəli evi bir az da zədələyirlər. Mənə deyirlər, köç. Verdikləri pula da heç yerdən ev düşmür. Dərdimi kimə deyim, bilmirəm”.

Qonşu evin sökülməsinə şikayətini bildirən ev sahibi İcra Hakimiyyəti nümayəndələri tərəfindən təhqir olunub.

“Üstümə bir ordu adam göndəriblər. Deyirəm evimi yaşanılmaz hala salırsınız, deyirlər ki, bizə dəxli yoxdur, Ev satılıb, biz də sökürük. Xoşun gəlmirsə, köç buradan”,– deyə “Sovetski” sakini bildirib.

Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır./aznyus/
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21