Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

“Nüvə müzakirələri ciddi mərhələyə daxil olub”

İran xarici işlər naziri: “Nüvə müzakirələri ciddi mərhələyə daxil olub”

“İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri ciddi mərhələyə daxil olub”. Apa-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, mübahisəli məsələlərin bir çoxu həll olunmaq üzrədir: “Hələlik ciddi fikir ayrılıqları mövcuddur. Bununla belə, ümid var. Uranın zənginləşdirilməsi bizim üçün müzakirə edilməyəcək bir mövzudur. Biz bu işi öz torpaqlarımızda davam etdirəcəyik. Uranın zənginləşdirilməsi qəbul edilmədən heç bir həll düşünülə bilməz. Biz öz mövqeyimizi dəyişməmişik. Uranın zənginləşdirilməsi haqqı bizim malik olduğumuz haqdır. Bu haqq Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) əsasən bizim üçün tam qanunidir. Hər kəs bu haqqı rəsmən tanımalı və ona hörmət etməlidir”.

M. C. Zərif deyib ki, İran-ABŞ müzakirələri yalnız nüvə məsələsi ilə məhdudlaşır: “İran və ABŞ arasında Əfqanıstan və Suriya mövzusunda gizli görüşlərin keçirildiyi ilə bağlı yayılan xəbərlər yalandır”.
1944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:49