Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Yanvarda 69 nəfər yol qəzalarının qurbanı olub

Yollar, avtomobillər hər gün dünyada on minlərlə insanın həyatına son qoyur. Qəzada ölən, yaralananlarsa əsasən gənclərdir. Avtomobillər artdıqca ölənlərin sayı da artır. Bəzi ölkələrdə bu göstərici yəni ölüm faizi aşağı düşsə də, bizdə vəziyyət əksinədir. Respublika Baş Dövlət yol polisi İdarəsinin yanvar ayı üçün statistik göstəriciləri heç də ürəkaçan deyil. 207 yol nəqliyyat hadisəsi və 69 ölü. Hadisələrdən 77-si Bakıda qeydə alınıb.

Baş Dövlət Yol Polisi idarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev yanvar ayında piyada vurulma hadisəsinin rekord səviyyəyə çatdığını deyir. Belə ki, qəzalarda 100 piyada vurulub, onlardan 30 nəfəri ölüb, 76 nəfəri yaralanıb.

Ötmə, maneəyə vurma hadisələri isə 66 yol qəzasına səbəb olub. Sürət həddinin aşılması səbəbindən baş verən 65 yol qəzasında 23 nəfər ölüb, 57 nəfər yaralanıb. Sərnişindaşımadakı vəziyyətsə daha acınacaqlıdır. Avtobuslarda sürət həddinin aşılması, qırmızı işıqda hərəkət, ötmə əməliyyatının pozulması demək olar ki, sürücülərin gündəlik həyat normasına çevrilib. Bu cür qayda pozuntularının sonunda ölüm faktı qaçılmazdır. Son avtobus qəzası, yəni 51 saylı avtobusun törətdiyi bədbəxt hadisədə bir nəfərin ölüb, 6 sərnişinin yaralanması ictimai nəqliyyatda böyük problemlərin hələ də qaldığını göstərir.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov həmin sürücünün artıq məsuliyyətə cəlb olunduğunu və bu cür sürücülərin xəttdən uzaqlaşdırıldığnı bildirdi.

Mütəxəssislərin fikrincə qanun məcəlləsinə edilən dəyişikliklər, sürücülərə və piyadalara qarşı həyata keçirilən ciddi tədbirlər səmərəsizdir. Çünki yenə də paytaxt yollarında sərxoş sürücülərə, avtoxuliqanlara rast gəlinir. Ekspertlərin fikrincə yol hərəkət qaydalarını pozan bu cür sürücülərə qarşı cəzalar sərtləşdirilməli, təbliğat işləri mütəmadi aparılmalıdır.

Hər halda hər kəs yolun hərəkət hissəsində olarkən məsuliyyətini dərk etsə o zaman avtoqəzaların, eləcə də ölümlərin sayı azalar./ans/
1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu