Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Türkiyə Böyük Millət Məclisində yenə boks oynadılar

İqtidar millət vəkilləri müxalifətçi deputatlarla parlamentdə dalaşdı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında 4 millət vəkilinin yaralanması ilə nəticələnən dava baş verib.

TBMM-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri ilə müxalifətçi deputatlar arasında mübahisə başlayıb.

Millət vəkilləri arasında başlayan mübahisə sonda davaya dönüb.

Baş vermiş davada Xalqın Demokratiya Partiyasının (HDP) millət vəkili Ertuğrul Kürkçü, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri Musa Çam, Aykut Erdoğdu və Mahmud Tanal xəsarət alıb.

Hadisə şahidləri Ertuğrul Kürkçünün başından yaralandığını bildirir.
885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...