Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

6 milyonluq əmlak 85 minə necə satıldı?

Uzun illərdi ölkə sərvətlərinin talan edilməsi haqqında yazılır. Məmurların harın həyat tərzi, aşırı israfçılığı, qanunsuz əməlləri haqqında yüzlərlə fakt var. Vətəndaşın minimum tələbatını ödəyə bilmədiyi halda, hakimiyyətin dünyanın müxtəlif yerlərində milyonluq layihələr həyata keçirməsi də məlum faktdır. Bir sözlə, bu illər ərzində bir qrup aşırı varlanıb, əhali isə itirə-itirə gedib.
Indi isə neftin qiymətdən düşməsi ölkəyə yeni fəlakətlər gətirib. Bəli, neftin qiyməti 100 dollardan baha olanda heç bir mənfəət görməyən xalq neftin qiymətdən düşməsinin əziyyətini çəkməkdədir. Belə ki, kütləvi ixtisarlara start verilir, iş yerləri ləğv olunur, ərzaq məhsullarının qiyməti qalxır, Rusiyadan ölkəyə daxil olan pul kütləsi azalır, və.s Vəziyyət o həddə çatdı ki, ölkə başçısı Ilham Əliyev də reallığı etiraf etdi və bildirdi ki, valyuta ehtiyatlarımız artmayacaq. Eyni zamanda bildirdi ki, israfçılığa yol verilməməli, vəsaitlərdən düzgün istifadə edilməli və pulun qədri bilinməlidir. Amma bu müşavirədən sonra baş verənlər göstərdi ki, bu hakimiyyətin yuxarı eşalonuna aid olan mesaj deyilmiş. Əksinə, məmurlar daha da israfçı əməliyyatlar həyata keçirirlər.
Belə ki, bir müddət öncə “8-ci kilometr bazarı” özəlləşdirlidi və 312 min manata satıldı. Biz ötən yazılarımızda da bildirmişdik ki, bu məbləğə şəhərin mərkəzində 3 otaqlı ev almaq olur. Deməli, dəyəri milyonlarla ölçülən obyekt, “tender” nəticəsində 312 min manata satılıb. Ölkənin böhranla üz-üzə qaldığı bir vaxtda, büdcəni ağır fəlakətlər vəd gözlədiyi dövrdə, belə bir mühüm obyekt büdcəyə qəpik-quruş gətirdi. Hansıki, bu bazarın satışı nəticəsində büdcəyə 10 qat artıq vəsait daxil ola bilərdi. Amma məmur marağı, Əmlak Komitəsinin “ssenari”si başqa “not”a keçdi.
Bugünlərdə isə məlum oldu ki, 8-ci kilometr bazarının aqibəti toya getməli imiş. Daha dəqiq desək, 312 min manata şükr etmək lazım imiş. Belə ki, “bizimyol.info” nun araşdırması nəticəsində məlum oldu ki, Gəncə Pambıq əyirici müəsisəsinin 6.2 milyonluq əmlakı, 85 min dollara naməlum adama satılıb. Təbii ki, bu naməlum adamın məlum əlaqələri var və məlum adamların diktəsi ilə bu proses həyata keçirilib. Deməli, dövlətin daha bir məhsulu 100 qat ucuzuna özəlləşdirilir. Belə çıxır ki, Əmlak Komitəsi Azərbaycanı su qiymətinə satışa çıxarıb. Sanki, Azərbaycan bir obyektdir və bu obyekti nəğd pula çevirib, aradan çıxmaq istəyirlər.
Əslində, baş verənlər böyük bir cinayətdir. Dövlət əmlakını cüzi məbləğə özəl əllərə keçirmək, həm də dövlət əmlakını mənimsəməkdir. Belə çıxır ki, 8-ci kilometr bazarının və Gəncə Pambıq əyrici müəssisənin əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 10 milyon manat pul daxil ola bilərdi. Amma fərasətli hökumətimiz 10 milyonu, 397 min manata “bərəbar”ləşdirib.
Bu da israfçılıqla mübarizə, bu da vəsaitlərdən səmərəli istifadə, bu da vəsaitin qədrinin bilinməsi siyasəti. Göründüyü kimi heç bir böhranlı vəziyyət, əhalini təhdid edən sosial fəlakət, ölkənin gəlirlərinin azalması, məmurların daha çox qazanmaq ehtirasını azalda bilmir. Əksinə, bütün situasiyalar fürsət kimi dəyərləndirilir və dövlət əmlakının talan edilməsi “ənənə”si davam edir./azadlıq/
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31
İŞİD türk hə