Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Amerikanın İraqda İŞİD-ə yeni yardımı ifşa edilib!

Nur-az.com-un farsnews.com-a istinadən:
Hizbullahın batalyonları Amerikanın hərbi vertolyotunun çox alçaq məsafədən uçaraq İraqın əl-Ənbar vilayətində (Fəllucənin şərq istiqaməti boyu) yerləşən İŞİD-in terrorist qruplarına hərbi yardım təchizatı göndərdiyini video lentə alıb.

Bu xəbər “Alsumaria.tv/news” portalında yayılsa da, hələ ki, video material ümumi istifadəyə verilməyib. Hadisə üzrə fevralın 5-i Amerikanın “Şinuk” tipli hərbi vertolyotundan adı çəkilən məntəqədə İŞİD-in qüvvələrinə məxsus avtonəqliyyatlara bağlamalar endirdiyi müşahidə edilib.
Bundan əvvəl də, Amerikanın hərbi vertolyotlarının terroristlərin məskunlaşdığı məntəqələrdə yerə endiyi məlumat verilmişdi. Məsələn, Fəllucədə, Duxeylədə və s. yerlərdə baş verən belə hallar Amerikanın yeni koalisiyanın adı altında İŞİD-ə yardımı haqda ehtimalları gücləndirib. Odur ki, İraqın Milli Məclisinin bir çox nümayəndələri dövlətdən bu haqda lazımi təhqiqat tədbirləri görülməyi tələb edib.

Yaxud, Liviyada İŞİD tərəfindən 21 xristian misirli vətəndaşın edamından sonra Misirin ictimai şəbəkələrində hadisəni törədən terroristlərin silah təchizatlarının Amerika ordu sıralarına məxsus olduğu barədə yayılan video kadrlar da maraq doğurmaya bilməz. Demək olar, əksər edam əməliyyatlarında istifadə edilən süngü-bıçaq növləri “kolumbiya” tipli olub, yalnız Amerika ordusu hərbi təchizatına məxsusdur.
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21