Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Artıq Suriya qoşunları hərbi avtotexnika vasitəsilə Hələbə daxil olub!

Nur-az.com-un mashregnews.ir-a istinadən:
Yayılan son yeni xəbərlərdə Hələbi mühasirəyə alan qüvvələrin böyük həcmli texnika ilə şərq istiqamətindən şəhərə daxil olduğu məlumat verilir. Bu əməliyyatlar cənubda Dəməşq, Qüneytirə və Dəra boyu üçbucağı təşkil edən böyük plan üzrə həyata keçən strategiyanın bir qolu sayılır.

Bir sıra mənbələr qeyd edir ki, əməliyyata kürdlərdən ibarət qüvvələr də qoşulacaq və heç bir terroristə məntəqədən qaçmaq imkanı verilməyəcək. Son əməliyyatlardakı müvəffəqiyyətlər də, terrorist qrupları arasında aparılan kəşfiyyat və dəqiq məlumatlar sayəsində əldə edilib. Artıq Hələbin şimal şərqində həmin ünsürlərin hərbi-maddi ehtiyatla ciddi korluq çəkdikləri də məlumat verilir.
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP