Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

İordaniyanın sabiq səhiyyə naziri: İŞİD-in Amerika və İsraillə işi yoxdur!

Nur-az.com-un farsnews.com-a istinadən:
Amerikanın Orta Asiyada yeritdiyi siyasət və mənafeyini təmin edən İŞİD-in rolu barədə İordaniyanın sabiq səhiyyə naziri Məmduh əl-İbadi bildirib ki, hələ o vaxtdan etibarən, Əfqanıstanda dırnaqarası mücahid qrupların formalaşmasında birbaşa Amerikanın rolu olub.

O, “Rəy əl-Yövm” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, artıq İŞİD-in təhlükəsini hava hücumları vasitəsilə aradan qaldırmaq olmaz və gərək qoşun yeridilərək qarşısı alınsın. Terroristlər tərəfindən təyyarəçimiz Məaz əl-Kəsasibənin vəhşicəsinə yandırılması hadisəsi də, xalqımızın milli həmrəyliyi və ciddi əks mövqeyini qazanmaqdan başqa onlara bir xeyri olmayıb. Sionizmlə terrorizm bir sikkənin iki üzüdür, odur ki, İŞİD-in İsrail və Amerika ilə bir işi yoxdur.

“Əl-Qüds əl-Ərəbi” qəzetində yayılan məlumatda da, o, bildirib ki, İŞİD-i zəhərli bir toxum adlandırmalıyıq, onu hava hücumları və ya informasiya ilə boğmaq olmaz. Gərək İŞİD ərəb ölkələri və beynəlxalq ictimaiyyətin sadiq həmkarlığı və himayəsi sayəsində Suriya və İraqın müştərək qoşunları tərəfindən daim təzyiq altına alınsın ki, nəhayət, bu ünsürlərin kökü birdəfəlik kəsilsin.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16,