Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Hacı Abgül Süleymanovun işi Avropa məhkəməsində

Bu barədə ruhaninin vəkili islamazeri.az-a açıqlamasında bildirib

11 müddətinə həbsə məhkum edilmiş ruhani Hacı Abgül Süleymanov saxlanıldığı 13 saylı CÇM-də daxili nizamnaməni pozduğuna görə, ikincidi dəfə yenidən qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsi hökm çıxarıb. Qərardan verilən apellyasiya məhkəməsində 13 saylı ÇCM-də Abgül Süleymanovun hansı nizamnamənin hansı tələblərini pozması isə açıqlanmayıb. Ruhaninin vəkili Cavad Cavadov islamazeri.az-a bildirib ki, apellyasiya qərarından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib: "Hacı Abgül Süleymanovun 2013-cü ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə həbsxanaya keçirilməsinə dair məhkəmə qərarlarından tərəfimdən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Həmçinin, şikayətin məhkəməyə çatmasına dair vəkil kimi mənə məktub da göndərilib". Vəkil Cavad Cavadov Hacı Abgül Süleymanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin çıxardığı qərardan da Avropa məhkəməsinə müraciət ediləcəyini bildirib: "Hazırda Abgül Süleymanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsinə dair məhkəmə qərarları ilə bağlı şikayət hazırlanır və yaxın vaxtlarda göndəriləcək".


1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber