Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

AİP Penitensiar Xidmətin Mövsüm Səmədovla bağlı qərarını pislədi

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovla bağlı müraciətinə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cavabı qaneedici sayıla bilməz. Öncə onu bildirməliyik ki, ümumiyyətlə M. Səmədov şərlənərək qanunsuz 12 illik həbs cəzasına məhkum edilib. Onun əməlində heç bir cinayət tərkibi olmadığı halda ən ağır ittihamlarla həbsxanaya salınıb.

M. Səmədovun atası Mərdan Səmədovun yas mərasiminə qatılması ilə əlaqədar AİP-in müraciətini nəzərə almayan Penitensiar Xidmətin cavabı nəinki qanunsuz həbsə məruz qalanın hüzn mərasimində iştirakını təmin etməyin qanunsuz olduğuna istinadən qaneedici deyil, eyni zamanda bu yanaşma mental xüsusiyətlərimizə ziddir, həm də humanizmdən çox uzaqdır. Bütün hallarda məhbusun öz əzizlərinin hüzn mərasimində iştirakını təmin etmək bizcə heç bir problem törətmir.

Biz Penitensiar Xidmətin cavabını humanizm ideyalarından kənar hesab edir, bunu qərəzli mövqe kimi qiymətləndiririk.

Bir daha nəzərə çatdırmalıyıq ki, Mərdan Səmədovun dünyasını dəyişməsi ilə bağlı AİP mərhumun bircə oğlu olan Mövsüm Səmədovun atasının hüznündə iştirakını təmin etmək üçün Penitensiar Xidmətdən şəraitin yaradılmasını istəmişdi. ƏN PX-dən gələn cavabda isə bunun qeyri-qanuni olması göstərilməklə mümkünsüzlüyü qeyd edilmişdi.

Azərbaycan İslam Partiyası
17.02.2015
1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber