Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Kiyev daha bir ərazini itirdiyini etiraf etdi

Rəsmi Kiyev Ukraynanın şərqindəki Debaltsevo şəhərinin bir hissəsinin rusiyapərəst separatçılar tərəfindən ələ keçirildiyini təsdiqləyib.

Bu haqda Ukrayna mətbuatı yazır.

Hazırda Debaltsevo şəhərində döyüşlər davam edir. Ukrayna ordusunun məlumatına görə, Ukrayna baş qərargahının 101-ci briqadası və xüsusi təyinatlı dəstənin 8-ci alayının hərbi qulluqçuları Debaltsevoda əsir düşüblər.

Xatırladaq ki, fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya görə, fevralın 15-də tərəflər arasında atəşkəs elan edilməli, fevralın 17-dən isə ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlanmalı idi. Lakin atəşkəs cəmi 50 dəqiqə çəkdi.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27