Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Azərbaycanda dollar qıtlığı yarandı

Son günlər Bakıda valyutadəyişmə məntəqələrində ajiotaj yaşanır.

Adi günlərlə nisbətdə dollara tələbat bir neçə dəfə artıb. Başqa sözlə vətəndaşlar manatı dollara çevirməyə, əmanətini dollarla saxlamağa başlayıblar. Valyutadəyişmə məntəqələrində dollar tapmaq müşkül görünür.

Valyutadəyişmə məntəqəsinin işçisi Azər Şıxverdiyevin sözlərinə görə, bu gün bütün dollar satılıb, insanlar arasında bir təşviş var.

Digər valyutadəyişmə məntəqəsinin işçisi Turan Mirzəliyev bildirdi ki, dolların manata nibətdə qalxması müşahidə olunur, ona görə də insanlar dollara üstünlük verirlər.

Bəzi valyutadəyişmə məntəqələri dolların satışını dayandırıblar. Ekspertlərin rəyinə görə, Bakıda dollar qıtlığı Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın məzənnəsinin aşağı salınması ilə bağlı açıqlamasından sonra yaranıb.

Düzdü Mərkəzi Bankın sədri manatın devalvasiyası siyasətinin tədricən həyata keçirəcəyini söyləsə də, artıq dolların bahalaşması müşahidə edilir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, son iki ayda 78,44 qəpik olan dollar, indi 78,53 qəpikdir. Bəzi banklar kreditləri yalnız dollarla verməyə başlayıblar.

Milli Məclisin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun fikrincə, manatın devalvasiya uğramasının mənfi və müsbət tərəfləri olduğu üçün bunu tədricən həyata keçirmək lazımdı. Manat kəskin dəyərsizləşəcəyi halda bahalaşma qaçılmaz ola bilər. Əhalinin sosial müdafiəsinə yönəlik proqramlar, əmək haqqı, pensiyalar sabit qala, bu da alıcılıq qabiliyyətinə təsir edə bilər. Üstəlik əhalini banklarda olan əmanəti dəyərdən düşərsə, əmanətçilər pulunu geri çəkə bilər. Əmanətlərin sığortalanan hissəsinə diqqət yetirilməlidi. Məlumdur ki, əmanətin 30 min manatadək hissəsi sığortalanıb.

"Bunu elə aparmaq lazım idi ki, adi insanlar bundan əziyyət çəkməsinlər. Yəni onların əmək haqlarına pensiyalarına ciddi təsir etməsin. Ola bilər 5-6 qəpik, amma kəskin azalma mən gözləmirəm”, - deyə millət vəkili Vahid Əhmədov vurğulayıb.

Azərbaycanın valyuta ehtiyatları Netf Fondu ilə birlikdə 50 milyard manat təşkil edir. Mərkəzi Bankın valyuta ehtiyatı 12 milyard 680 milyon dollardı. Valyuta ehtiyatlarının yarıdan çoxu dollarla, 30 faizi avro, 10-12 faizi funt-sterlinqlə, təxminən iki faizi rus rublu, yerdə qalanı digər valyutalarla saxlanılır. Bu nisbət dünya valyuta ehtiyatlarının saxlanılma strukturuna yaxındı./ans/
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı