Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

İŞİD cəlladı yeni baş kəsdi

İŞİD terror qruplaşmasının tərkibində vuruşan terrorçulardan olan avstraliyalı Xalid Şərrufun daha bir vəhşi cinayətə əl atıb.

Əslən Avstraliyanın Kuinslend bölgəsindən olan Xalid Şərruf Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında "casus"luqda suçlanan şəxsin başını kəsib.

Onun yanında isə köməkçisi, Avstraliya vətəndaşı Məhəmməd Elomar adlı şəxs durub.
Şərrufla Elomar 2013-cü ildə Avstraliyadan Suriyaya yollanaraq İŞİD-ə qoşulublar. 2014-cü ildə Avstraliyanın Federal Polisi onların həbsinə order verib.

2013-cü ilin dekabrında Sidneyi qardaşının pasportu ilə tərk edən Şərruf Suriyaya yollanandan az sonra onun arvadı Tara Netlton və 5 övladı da Rəqqaya gediblər.

Şərruf amansız, qəddar terrorçudur. O, edam etdiyi qurbanlarından birinin kəsik başını 7 yaşlı oğluna verərək uşağın fotosunu çəkmiş və sosial şəbəkələrdə yaymışdı.

İŞİD İraqın şimalındakı Sincar bölgəsində yezidlərə divan tutanda Xalid Şərruf onlarla yezid qızı zorlayıb, sonra onları kölə kimi satıb.


1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41