Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Azərbaycanda yol polisi bir nəfəri güllələdi

Noyabrın 22-də Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Rayon sakini Vüqar İsgəndərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, Gəncə şəhər sakini Anar Məmmədova ayağından xəsarət yetirib. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vüqar İsgəndərovun yol polisi inspektoru olduğu bildirilir. Göyçay RPŞ-dən V.İsgəndərovun yol polisi inspektoru olduğunu təsdiqlənib. AzNews-a RPŞ-dən verilən məlumata görə, V.İsgəndərov hadisədən 2 gün əvvəl raport yazaraq işindən azad olunub. Şöbədən hadisənin təfərrüatını bildirmədilər: “Daha artıq məlumat verə bilmərik. Mümkünsə DİN-in mətbuat xidməti ilə əlaqə saxlayın”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirilib ki, V.İsgəndərov saxlanılıb. Ondan müvafiq sənədləri olan 1 ədəd “İJ-43” markalı ov tüfəngi götürülüb.
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi