Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

Küçədə naməlum kişi meyiti tapıldı

Bu gün səhər saat 06:28 radələrində Bakının Səbail rayonunda kişi meyiti tapılıb.
Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən verilən məlumata görə, meyit Salyan yolunda, “SOCAR”ın yaxınlığında tapılıb.
Meyiti yoldan keçən sakinlər görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Müayinə zamanı ölən şəxsin təxmini 50 yaşlarında olduğu məlum olub. Onun üstündə sənəd olmadığı üçün hələlik kimliyi məlum deyil. Araşdırmalar zamanı həmin şəxsin naməlum avtomobil tərəfindnə vurulduğu məlum olub./ans/
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24