Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

İvanişvili Saakaşviliyə ultimatium verdi - Açıqlama

"Saakaşvilinin partiyası bir daha Gürcüstanda hakimiyyətə qayıda bilməyəcək”.

Bu açıqlama ilə Gürcüstanın eks-baş naziri Bidzina İvanişvili çıxış edib.

O, Saakaşvilinin yenidən hakimiyyətə qayıtması üçün lazımi resursunun olmadığını bildirib:

"Heç kimdə onların iğtişaş törətmək arzularının olmasıyla bağlı şübhə yoxdur. Allah eləməsin ki, Gürcüstanda iğtişaşlar olsun, amma olsa belə, onlar hakimiyyətə gələ bilməyəcəklər. Gürcü xalqı o qədər də axmaq deyil ki, ikinci dəfə bu səhvə yol versin”.

Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı yaz ayında Saakaşvilinin yenidən hakimiyyətə gətirilməsi üçün hazırlıqların aparıldığını bildirmişdi.
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP