Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Ukraynada azərbaycanlı ona hücum edən milliyyətçini öldürdü

Ukraynanın Odessa şəhərində Milli Rabitə Akademiyasının 3-cü kurs tələbəsi olan Azərbaycan vətəndaşı saxlanılıb.

Virtualaz.org bildirir ki, Odessa şəhərində yaşayan azərbaycanlıların ans-ə verdiyi məlumata görə, tələbə gənc qətldə ittiham edilir.

Onların dediyinə görə, bir neçə nəfər milliyyətçi gənc azərbaycanlı tələbəyə hücum edib: “O da özünü qorumaq məqsədilə qətl törədib. Rusiyadakı hadisələrin davamı olaraq artıq Ukraynada da azərbaycanlıların adları çox zaman yalandan kriminal aləmdə hallanır və guya onlar hansısa Ukrayna vətəndaşını öldürürlər. Azərbaycan diasporunun Ukrayna şəhərlərində fəaliyyət göstərən bölmələrinin rəhbərləri bununla bağlı yerli icra və polis orqanlarına müraciətlər ünvanlayıblar. Təəssüflər olsun ki, indi bilərəkdən Odessada baş verən bu hadisəni bütün ölkə mediasında şişirtməyə çalışırlar”.

Alınan digər məlumata görə, hadisə yerindən qaçan azərbaycanlı tələbə sonradan özü könüllü surətdə polis idarəsinə gələrək təslim olub.
2023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber