Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2015

PKK Öcalana qarşı çıxdı: “Kürd silahı yerə qoymaz!”

“Kürdün varlığı və azadlığı özünümüdafiə ilə bağlıdır. Təhlükəsizliyini başqasına, hətta cəlladına buraxaraq “bir cəmiyyət qurdum” deyə bilməz”.

“Haber 7”-nin verdiyi xəbərə görə, bu açıqlama ilə PKK terror təşkilatının İcra Komitəsinin üzvü Duran Qalxan çıxış edib. O, terror təşkilatının silahı yerə qoymayacağını bildirib:

“Kürdün varlığı və azadlığı özünümüdafiə ilə bağlıdır. Təhlükəsizliyini başqasına, hətta cəlladına buraxaraq “bir cəmiyyət qurdum” deyə bilməz. Buna görə də heç kim kürdü aldatmağa çalışmamalıdır. PKK silahı atmaz. Kürd silahı yerə qoymaz. Niyə də qoysun?! Türkiyə və digər dövlətlər silahı atsınlar. Niyə özlərini bu qədər silahlandırırlar? Biz silahı atmayacağıq. Bütün bunlar seçkidə səs qazanmaq məqsədi ilə ictimaiyyəti aldatmaq üçün edilir".

Qeyd edək ki, PKK lideri Abdullah Öcalan bir müddət öncə İmralı həbsxanasında onu ziyarətə gələn Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələri ilə görüşü zamanı Türkiyədə silahlı mübarizənin bitdiyini bildirmiş və PKK-ya “silahı yerə qoyun” mesajını vermişdi.
916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...