Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

Xocalı qaçqını özünü yandıracağını deyir

Sumqayıt icra hakimiyyətinin binası qarşısında...

Redaksiyamıza müraciət edən, əsrin soyqırımından yarımcan çıxaraq Sumqayıtda məskunlaşan, Xocalı rayonu Cəmilli kəndindən məcburi köçkün, Qarabağ veteranı Bayramov Qənimət Möhsüm oğlu bildirir ki, döymədiyi məmur qapısı qalmayıb, onun şikayətinə baxan yoxdur.
Təsadüf nəticəsində xilas olan soydaşımız deyir: “Bərdənin ilan mələyən düzlərinə pənah gətirdik. Havasına uyğunlaşa bilmədiyimizdən 1996-cı ildə Sumqayıta köç edərək 12-ci mikrorayonda yarımçıq binada məskunlaşdıq. Ailəmi saxlamaq üçün bütün işlərdə günəmuzd işləyərək heç kimə yük olmadım.
Sonralar Sumqayıt şəhəri 10-cu mikrorayonda fəaliyyət göstərən “Azuqə” marketdə fəhlə işlədim. Marketin bütüna ağır işlərini görürdüm. Xeyli müddət sonra sağlamlığım ağır işlərə yol vermədiyindən marketin sahibi Bəşir Əsgərovun təşəbbüsü ilə dükanın ərazisində meyvə-tərəvəz satışı ilə məşğul oldum.
Işlədiyim dövrdə Bəşir müəllim məndən heç yer haqqı da almırdı. Sumqayıtda insanların alıcılıq qabiliyyəti zəif olduğundan “Azuqə” market iflasa uğradı. Artıq 1 ildir ailəmiz çörəyə möhtacdır. Orta məktəbdə oxuyan övladlarımın üzünə baxa, övladlarımın məktəb ləvazimatlarını belə ala bilmirəm. Açılmış “1.600.000" iş yerində birini də mənə verin.
Bir neçə dəfə özümü öldürməyə cəhd etmişəm. Balalarımı və uzun illərdir yataq xəstəsi olan həyat yoldaşımı düşünüb fikrimdən daşınmışam".
Qeyd edək ki, Qənimət Bayramovun həyat yoldaşı Nailə Quliyeva II qrup Qarabağ əlilidir. Dövlətin təyin etdiyi 130 manat heç dava-dərmanına yetmir. 3 güllə yarası almış və digər xəstəliklərə düçar olmuş Nailə xanımın sağlıq durumu olduqca ağırdır. Onun müalicəsi üçün hərəkətə keçilməsə, övladları anasız qala bilər.
Dözülməz ailə vəziyyəti ilə əlaqədar Qənimət Bayramovun Ilham Əliyevə, Mehriban Əliyevaya, Sumqayıt şəhər IH başçısı Eldar Əzizova müraciəti cavabsız qalıb. Dəfələrlə Sumqayıt IH başçısının müavini Akif Quliyevin qəbulunda olub. A.Quliyev ailəyə kömək edəcəyini və Qənimət Bayramovu işlə təmin etməsinə söz versə də, vədinə əməl etməyib.
Dərdini bizimlə paylaşıb göz yaşlarına hakim kəsilən Qarabağ müharibəsi veteranı Qənimət Bayramov probleminin həll olunmayacağı halda Xocalı soyqırımına bir gün qalmış - 25 fevral tarixində Sumqayıt icra hakimiyyətinin binası qarşısında özünü yandıracağını bildirir.
Qənimət Bayramova bu fikrindən daşınmağı, övladları xatirinə, ölkə əhalisinin çoxu kimi yaşamaq uğrunda mübarizəyə səsləyirik.
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,