Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması

Tromboflebit qan damarların xəstəliyidir. Bu xəstəlik zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.
Tromboflebit çox ağır patologiya sayılır ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalar verə bilər və hətta xəstənin ölümünə səbəb ola bilər. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim-fleboloq məşğul olur.
Tromboflebit bir çox hallarda varikoz xəstəliyi fonunda inkişaf edir. Məhz bu səbəbdən varikoz mütləq və vaxtında müalicə olunmalıdır. Digər səbəblər arasında:
- qanın laxtalanmasının artması (irsi ola bilər),
- ağır susuzlaşma,
- damara tez-tez kateterin taxılması (bəzi xəstəliklər, cərrahi əməliyyatlar zamanı və s.),
- travmalar (sınıqlar, əzilmələr və s.),
- istənilən cərrahiyyə əməliyyatları,
- onkoloji xəstəliklər,
- hamiləlik və doğuş,
- infeksiyalar və iltihablar,
- artıq çəki,
- ziyanlı vərdişlər (alkoqollu içkilərin həddən artıq qəbulu, siqaret çəkmək vərdişi).
Tromboflebit əksər hallarda aşağı ətraflarda inkişaf edir. Lakin digər damarlarda da inkişaf edə bilər.
Tromboflebitin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır. Vaxtında müalicə olunmamış və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağ ciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur (buna "tromboemboliya" deyilir) və bu ağır qan dövranı və nəfəsalma pozulmalarına səbəb olur. Bir çox hallarda belə xəstələr reanimasiya şəraitində müalicə alır. Tromb çox böyük olduqda tromboemboliya sürətlə inkişaf edir və xəstənin həlak olması ilə nəticələnir.
Tromboflebitin digər ağırlaşması zədələnmiş ayaqda trofik xoraların əmələ gəlməsidir. Bu xoralar müalicəyə çətinliklə tabe olur, bağlandıqdan bir müddət sonra təkrar açılır.
Tromboflebitin simptomları:
- iltihablaşmış damarın yerində dəri qızarır və daha isti olur (yerli hərarət artır),
- bəzən xəstədə bədən hərarəti arta bilər (38 C kimi),
- xəstə ayaqda dartıcı ağrılar, ağırlıq hiss olunur,
- ödem (şişkinlik) inkişaf edir,
- xəstə ayağın hərəkətliliyi (xüsusilə uzun müddət ərzində gəzdikdə və ya ayaq üstə olduqda) pozulur.
Varikoz xəstəliyi olan insanlar xüsusilə diqqətli olmalı və tromboflebitin ilk simptomlarında fleboloqa müraciət etməlidir.
Müayinədən sonra xəstəyə müalicə təyin olunur. Tromboflebit konservativ (dərmanların köməyi ilə) və cərrahi üsullarla müalicə oluna bilər. Hər bir konkret halda müalicə taktikasını müalicə həkimi tərəfindən təyin edilir.
Konservativ müalicə zamanı xüsusi iltihabəleyhinə preparatlar (diklofenak, ibuprofen və s.), tromblaşma prosesi ilə mübarizə aparan preparatlar (fraksiparin, heparin və s.), trombları "əridən" preparatlar, lazım olduqda antibiotiklər və s. istifadə olunur. Həmçinin xəstəyə kompressiya (sıxma) edən kolqotlar, qolflar təyin olunur. Xəstəyə yataq rejimi və bol mayenin qəbulu təyin olunur.
Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq oluna bilər./Saglamolun/
2302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19