Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

“Altılıq” İranın nüvə hüququnu tanıdı

İran ilə üç gündür Cenevrədə nüvə danışıqları aparan “Altılıq” ölkələri bu ölkənin uranın zənginləşdirilməsi hüququnu tanıyıb.

Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, artıq bir sıra digər məsələlər ətrafında da tərəflər razılığa gəliblər. Bununla bağlı yaxın saatlarda mətbuata geniş açıqlama veriləcək.

Məlumata görə, artıq ABŞ dövlət katibi Con Kerri də “altılıq” formatında İran ilə danışıqlarda iştirak etmək üçün İsveçrəyə gəlib.

Dövlət Departamentinin sözcüsü Mari Harf bildirib ki, Cenevrədə razılıq əldə edilməsi üçün real şans yarandığından Con Kerri Cenevrəyə yollanıb.
2034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53