Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

Neftçalada 20 Yanvar əlili özünü yandırmaq istədi

Neftçalanın icra başçısı İsmayıl Vəliyevin 20 yanvar əlilinə məxsus bazarını söküb üçün, rayonun səlahiyyətli şəxslərini bazara göndərib.

Bazarın sahibi, 20 yanvar əlili Məhəmməd Fərziyevin özünü yandırmaq istədiyini bildirib.

Dünən Neftçalada sahibkar M. Fərziyevə aid balıq bazarı icra başçısı İ. Vəliyevin təlimatı ilə icra başçısının müavini Əlkömək Babayevin başçılıq etdiyi briqada tərəfindən sökülməyə başlayıb.

Bazarın sahibi isə söküntüyə davam ediləcəyi təqdirdə özünü yandıracağını söyləyib. Onun əlində bir qab dolusu benzin olub.

Ətrafdakı insanların səyi nəticəsində M. Fərziyevin əlindən benzini almaq və onu sakitləşdirmək mümkün olub.

Rayon icra hakiminin müavini Ə. Babayev isə məsələyə münasibət bildirərkən bazar sahibinin sadəcə “şou” göstərdiyini irəli sürüb. O bazarda antisanitariyyanın hökm sürdüyünü söyləyib.

Bazarda işləyənlər də icra başçısının ətrafına qoçu dəstəsi topladığını və istədiyini zor gücü ilə etdirdiyini bildiriblər.

Xatırladaq ki, uzun zamandır Neftçala rayonunun icra başçısı İ. Vəliyev tikdirdiyi balıq bazarına müştəri etmək üçün rəqib balıq bazarını sökdürmək istəyir.

O, sahibkar və 20 yanvar əlili olan M. Fərziyevin bazarını əlindən almaq üçün müxtəlif üsullara əl atır.

İcra başçısının təyin etdiyi adamlar rəqib bazarda çalışan adamları gah hədələyir, gah da onlara heç bir səbəb olmadan külli miqdarda cərimə tətbiq olunur.


Bundan başqa , rayon polisinin də bazarda çalışanları təqib edərək onların işləmələrinə hər yolla mane olmağa çalışdığı bildirilir.
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı