Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

“Başa düşdük ki, şansımız yoxdur” – Ukraynalı əsirlər danışdı

“Bir neçə gündür ki, mühasirədə olduğumuzu anladıq. Arxadan separatçılar bizə yaxınlaşanda 100 faiz əmin olduq ki, daha şansımız yoxdur”. 

Bu sözləri Debalçevo şəhərində əsir düşən ukraynalı hərbçi deyib.

O, Rusiyanın NTV telekanalının müxbirinə müsahibəsində bir həftəyə yaxın komandanlıqla əlaqələrinin olmadığını deyib: “Son məlumatda isə geri çəkilmək əmrini gözləyirdik”.

Digər əsir isə vurğulayıb ki, onları öncə Dnepropetrovsk vilayətinə göndəriblər: “Sonra isə bizi Luqansk vilayətinə, ordan isə Debalçevo şəhərinə gətirdilər”.

Qeyd edək ki, serapatçılar tərəfdən ələ keçirilən Debalçevo şəhərində xeyli sayda ukraynalı hərbçi əsir düşüb. Hazırda şəhərdə yenə ukraynalı hərbçilərin olduğu deyilir.

Təkcə son gündə 30 hərbçinin əsir düşdüyü bildirilir.

1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59