Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

Misir ordusu "İŞİD" terrorçularını əsir götürüb

Misir ordusunun xüsusi təyinatlıları və Liviya milli ordusunun birgə əməliyyatında Dərna şəhərinin cənubunda yerləşən "İŞİD" qərargahlarından birinə hücum edilib.

İnterAz-ın "SkyNews"-a istinadla verdiyi xəbərə görə, Misir ordusunun xüsusi təyinatlılardan ibarət hərbi briqadası havadan enməklə Liviyanın şərqindəki Dərna şəhərinin cənubunda "İŞİD" nəzarətində olan Əbu-Kərim əl-Vahdani qərargahının birinə hücum edib. Burada 100-ə yaxın terrorçu öldürülüb və əsir götürülüb.

Əsir götürülənlər arasənda misirli və liviyalılardan əlavə əcnəbi terrorçular da olub.

Misir mənbələri burada ölkə ordusunun bir neçə itki verdiyi deyib.

Bu arada, BMT TŞ-da Liviya ilə bağlı keçirilən toplantıda Liviya milli ordusuna hərbi dəstəyin verilməsi və burada "İŞİD"ə qarşı hərbi əməliyyatlar daha çox müzakirə mövzusu olub.

Burada Liviyada gedən daxili qarşıdurmaların danışıqlar yolu ilə həll edilməsi məsələsi də bir daha vurğulanıb.
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber