Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2015

"Azərbaycanda milyonçuların hamısı vəzifədədir"

"Dünya dövlətlərinin əksəriyyətində ilin yekununda, ya da yeni ilin əvvəlində ölkədə fəaliyyət göstərən biznesmen, iş adamlarının gəlirləri, həmçinin milyarderlərin, milyonçuların ilk onluğu təqdim olunur. Azərbaycanda nədənsə bu ənənə müşahidə edilmir. Maraqlıdır, səbəb nədir? Neft kimi zəngin sərvətə malik Azərbaycan o qədər kasıb dövlətdir ki, milyaderlərimiz bir yana, milyonçularımız yoxdur? Əgər belə deyilsə, doğrudan da milyonçularımız varsa, adları niyə açıqlanmır, məgər qazandıqları oğurluqdurmu?"

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda kifayət qədər milyonçu, hətta milyarder də var: “Azərbaycanda kifayət qədər milyonçu var, amma onlar siyahıya düşə bilmirlər”.

İqtisadçı bunun səbəbini həmin milyonçuların müxtəlif vəzifələrdə olmaları ilə əlaqələndirib: “Bizim milyonçuların hamısı vəzifədədirlər. Vəzifədə olduqları üçün də qanuna görə biznes fəaliyyəti ilə məşğul ola bilməzlər, deputat seçilməməlidirlər Ona görə də adları ortalığa çıxmır.

Bilirsinizmi Mübariz Mənsimov kimi bir insan niyə Azərbaycanda yox, məhz Türkiyədə fəaliyyət göstərir? Çünki bəziləri onun burada fəaliyyətinə imkan vermədilər”.
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber