Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2015

20 fevralda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.
temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 20-də hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 20-si axşamdan başlayaraq 23-dək Abşeron yarımadasında hava şəraitinin kəskinləşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort, qarlı hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Xəbərdarlıq
Fevralın 20-si axşamdan başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi, güclü küləkli, soyuq, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.
1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...